Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,21$6,92%Qızıl7 494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilir

Biznes TV1 мин чтения
Поделиться
Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilir
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 7, 8, 14 və 15 dekabr tarixlərində əlavə qatar reysləri təyin edir.

ADY-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək olar.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.