Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent104,70$3,45%Qızıl7 494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

Mikayıl Cabbarov: “Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib”

Biznes TV2 мин чтения
Поделиться
Mikayıl Cabbarov: “Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib”
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara qaz satışı 20,7 milyard kubmetr təşkil edib

Biznes Tv xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara qaz satışı 20,7 milyard kubmetr təşkil edib, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 4,6 % çoxdur: “Nəticədə bölgənin və Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac olunacaqdır”.

M. Cabbarov vurğulayıb ki, Azərbaycanda “yaşıl enerji” keçidi strategiyası da uğurla həyata keçirilməkdədir: “Alternativ energetikanın inkişafı məqsədilə bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq bağlanmış müqavilələrə əsasən 2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəticəsində 2 min megavat gücündə enerji istehsalı mümkün olacaqdır ki, bu, 2027-ci ildə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 33 %-ə çatdırmağa imkan verəcək”.