RUSİYA BENZİN SATIŞINA YENƏ “STOP” DEDİQADAĞA DAHA NEÇƏ AY DAVAM EDƏCƏK?
Rusiyadan benzin ixracına qoyulan qadağa cari ilin sonunadək uzadılacaq.”Report” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
O əlavə edib ki, bazar bərpa olunduqca dizel yanacağının ixracına qoyulan qadağa ləğv ediləcək. “Bu, neft emalı zavodlarının artıq məhsul və emal həcminin azaldılması ilə bağlı çətinliklərlə üzləşməməsi üçün ediləcək”.Novak vurğulayıb ki, “Avro-3” sinifli benzinin buraxılışına icazə verilməsi müvəqqəti xarakter daşıyır, bu qərar daxili bazarı doldurmaq və qıtlığı aradan qaldırmaq üçün qəbul edilib, gələcəkdə Rusiya “Avro-5” yanacağının istehsalına qayıdacaq.Hazırda Rusiyada yanacağın ölkədən çıxarılmasına qoyulan qadağa iyulun 31-dək qüvvədədir.

