ŞORBADAN “TARAKAN”ÇIXDI
MƏŞHUR RESTORANLA BAĞLI ŞOK İDDİA
“Mado” restoranlar şəbəkəsinin Gənclik Mall filialında müştəriyə təqdim edilən şorbadan hamamböcəyi çıxıb.Bakupost.az xəbər verir ki, vətəndaş bununla bağlı bloger Saleh Nəsirova yazıb.
”Mado”da pomidor şorbasından tarakan çıxdı. Hələ də özümə gələ bilmirəm. Oranın artıq zayı çıxıb. Bəlkə ictimailəşsə, özlərini bir az düzəldərlər”, – deyə müştəri bildirib.
Onun sözlərinə görə, restoran əməkdaşları baş verən hadisəyə görə üzr istəyib və ona desert təklif ediblər.

