SPACE TV-DƏ RƏHBƏR
DƏYİŞİKLİYİ
VADO KOROVİN VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
“Space” Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifədən azad edilib.Hazırda Space Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.Bildirilir ki,Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.Qeyd edək ki, bir müddətdir Audiovizual Şura kanalda yoxlama həyata keçirirdi.




