TRAMP “PİRAT” KİMİ TƏSVİR EDİLDİ
CƏNUBİ AFRİKADAKI İRAN SƏFİRLİYİNDƏN DİQQƏTÇƏKƏN PAYLAŞIM
Cənubi Afrikadakı İran səfirliyi ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına cavab olaraq, sosial mediada diqqətçəkən paylaşımlar edib.
“Qafqazinfo” xəbər verir ki, səfirlik rəsmi “X” hesabında süni intellektlə hazırlanam bir neçə görüntü və video paylaşaraq, Trampı tənqid edib.
Paylaşılan vizuallardan birində Donald Tramp, ABŞ vitse-prezidenti Ceyms Devid Vens və müdafiə naziri Pit Heqset pirat obrazında təqdim olunub. Şəklin üzərində “Fars körfəzi və Hörmüz boğazının səfil piratları” ifadəsi yer alıb.Səfirliyin digər paylaşımında isə 1980-ci illərin üslubunda hazırlanan süni intellekt videosu yer alır.Videoda Tramp musiqi ifa edir və istehzalı sözlərlə çıxış edir. https://qafqazinfo.az/news/detail/trampi-bu-goruntulerle-laga-qoydular-video-505287




