TİKİNTİ OBYEKTLƏRİNDƏ YOXLAMA APARILDI
MÜQAVİLƏSİZ İŞLƏDİLMƏYƏ GÖRƏ 2,5 MİLYON MANATDAN ÇOX CƏRİMƏ EDİLDİ
Azərbaycanda son 9 ildə tikinti obyektlərində aparılan yoxlamalar nəticəsində xeyli sayda qanun pozuntusu aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi məlumat yayıb.Bildirilib ki, 380 səyyar yoxlama zamanı 13 291 işçi yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib. Bu işçilər 555 müxtəlif işəgötürən tərəfindən işə cəlb olunub.Yoxlamalar nəticəsində həm kiçik, həm də böyük miqyaslı pozuntular qeydə alınıb və ümumilikdə 2,5 milyon manatdan çox cərimə və maliyyə sanksiyası tətbiq edilib.
Bundan başqa, aparılan maarifləndirmə və nəzarət tədbirləri nəticəsində tikinti sektorunda əmək müqavilələrinin bağlanması artıb və qeyri-formal məşğulluq əvvəlki illərlə müqayisədə 4 dəfədən çox azalıb.




