HƏR TON ÜÇÜN 1 MANAT
HƏR TON ÜÇÜN 1 MANAT
BENZİN VƏ DİZELƏ MÜVƏQQƏTİ VERGİ ENDİRİMİ TƏTBİQ OLUNDU
Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri ndə dəyişiklik edilib. APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, 1 may 2026-cı ildən 31 mart 2027-ci ilədək idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üçün aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat müəyyənləşdirilib.Bundan əlavə, həmin dövrdə idxal edilən bu yanacaq növlərinə gömrük rüsumu da 0% tətbiq olunacaq. Qərara görə, güzəştli şərtlər maksimum 205 min ton benzin və 201 min ton dizel yanacağına şamil ediləcək.Məlumata görə, dəyişiklik daxili yanacaq bazarında sabitliyin qorunması və fasiləsiz təchizatın təmin edilməsi məqsədi ilə qəbul olunub.




