
“AzInTelecom” yeni “AzInCloud” platformasını təqdim edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC hər kəsin “bulud” xidmətlərindən yararlana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib. Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” platforma vasitəsilə tam idarəolunan infrastruktur, təhlükəsiz məlumat saxlama, inkişaf etmiş kibertəhlükəsizlik və 24/7 dəstək xidmətləri təqdim edir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən platforma istifadəçilərə […]



