TURİZMDƏ ZƏİFLƏMƏ
AZƏRBAYCANA TURİST AXINI 10%-DƏN ÇOX AZALIB
2026-cı ilin ilk 4 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı azalıb. Marja az xəbər verir ki,bu müddətdə ölkəyə 658 min nəfərdən çox əcnəbi gəlib ki, bu da 2025 -ci illə müqayisədə 10.5% azdır.Ən çox turist Rusiya, Türkiyə və İrandan gəlib. Körfəz ölkələrindən gələnlərin sayı isə ciddi şəkildə azalaraq 27.8% düşüb və 85 min nəfər olub.
Avropa İttifaqı ölkələrindən və MDB məkanından gələnlərin sayı artsa da, digər ölkələrdən gələn turistlərin sayı azalıb.Azərbaycana gələnlərin əksəriyyəti hava nəqliyyatından istifadə edib. Daha az hissə isə avtomobil, dəmir yolu və dəniz yolu ilə gəlib.Eyni zamanda, xaricə gedən Azərbaycan vətəndaşlarının sayı da azalıb. İlk 4 ayda 602 min nəfər xaricə səfər edib. Ən çox gedilən ölkələr Türkiyə, Rusiya və Gürcüstan olub.Azərbaycan vətəndaşları da əsasən təyyarədən istifadə ediblər.




