XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR
24 AY KEÇİD DÖVRÜ NƏZƏRDƏ TUTULUR
Qeyri-qida istehlak malları ilə bağlı idxal nəzarət mexanizmi yaradılır. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən ölkəyə gətirilən malların uyğunluq sertifikatı və bəyannaməsi, eyni zamanda tanınmış xarici mənşəli uyğunluq sənədlərlə müşayiət olunmalıdır. Bununla ölkəyə gətirilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilən məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq. Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilən dövlət siyasəti prioritetləri nəzərə alınmaqla, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulur. Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

