YENİ 100 MANATLIQLAR YENİLƏNİB
SAXTALAŞDIRILMASI DAHA DA ÇƏTİN OLACAQ
Yenilənən 100 manatlıq pul nişanının 15 iyul 2026-cı ildə tədavülə buraxılması nəzərdə tutulub.Bunu Trend-ə müsahibəsində Mərkəzi Bankın baş direktoru Rəşad Məmmədov deyib.O bildirib ki,təhlillərə əsasən, saxtalaşdırma üsullarının əksər hallarda primitiv üsullardan -rəngli surətçıxarma və ya skanerdən istifadə edilməklə həyata keçirildiyi müşahidə olunur. Belə saxta pullar bank əməkdaşları və ya avadanlıqlar tərəfindən asanlıqla müəyyən olunur. Milli pul nişanlarının yüksək texniki göstəriciləri və təhlükəsizlik elementlərinin etibarlılığı nəticəsində milli pul nişanlarının saxtalaşdırılma səviyyəsi dünyanın aparıcı valyutaları və qonşu dövlətlərin valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı hesab olunur.Qeyd edək ki, son dəyişikliklərdən biri 2025-ci ilin dekabr ayında yenilənən 50 manatlıq pul nişanının tədavülə buraxılması olub.

