1 GÜNDƏ SIĞORTASI OLAN 500-YƏ YAXIN ŞƏXSƏ ZƏRƏR DƏYİB
ÜMUMİ ZİYANIN 1 MİLYON MANATI KEÇƏCƏYİ GÖZLƏNİLİR
17 may 2026-cı ildə ölkə ərazisində müşahidə edilən güclü və intensiv yağış nəticəsində Bakı və digər bölgələrdə müxtəlif fəsadlar yaranıb.Fins az xəbər verir ki,Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, hadisələrlə bağlı sığorta şirkətlərinə ümumilikdə 486 müraciət daxil olub.
Müraciətlərin 96-sı daşınmaz əmlak sığortası, 70-i kasko sığorta, 32-si əmlakın yanğın və digər risklərdən sığortası, 288-i isə avtomobil sahiblərinin icbari məsuliyyət sığortası ilə bağlıdır.
İlkin hesablamalara əsasən, baxılan 377 hadisə üzrə ümumi zərər 704 min 721 manat təşkil edir. Qalan hadisələr üzrə qiymətləndirmə davam edir.Proqnozlara görə, ümumi zərərin 1 milyon manatı keçəcəyi gözlənilir.Müraciətlərin böyük hissəsi Bakı və Sumqayıt şəhərlərinin payına düşür.




