Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
Protect your investments: payment security at TopLending’s top platforms
July 28, 2026
Online Casino Zonder Cruks Nederland: ontdek de nieuwste trends in bonussen en
July 28, 2026
Sensible Medical insurance Preparations
July 28, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI
July 27, 2026
AZƏRBAYCAN YARIMİLDƏ 1 MİLYARD MANATA YAXIN BORC QAYTARIBDAXİLİ VƏ XARİCİ DÖVLƏT BORCUNA ÖDƏNİŞLƏR AÇIQLANDI
July 27, 2026
QARABAĞDA YENİDƏNQURMAYA MİLYARDLIQ VƏSAİTPUL ƏN ÇOX HARA SƏRF OLUNDU?
July 27, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/İqtisadiyyat/19 MİLYARD GƏLİR, 2 MİLYARDDAN ÇOX PROFİSİT BÜDCƏDƏN PUL ƏN ÇOX HARA XƏRCLƏNİB?
İqtisadiyyatXəbərlər

19 MİLYARD GƏLİR, 2 MİLYARDDAN ÇOX PROFİSİT BÜDCƏDƏN PUL ƏN ÇOX HARA XƏRCLƏNİB?

July 27, 2026

2026-cı ilin ilk yarısında dövlət büdcəsində 2,4 milyard manat profisit yaranıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, yanvar–iyun aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri isə 16 milyard 775,5 milyon manat olub. Nəticədə büdcədə 2 milyard 403,7 milyon manat həcmində artıqlıq və ya profisit qeydə alınıb.İlk altı ay ərzində dövlət büdcəsinin gəlirləri proqnozu 350,3 milyon manat və ya 1,9 faiz üstələyib. Dövlət Neft Fondundan transfert çıxıldıqda isə büdcə gəlirləri 12 milyard 759,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 2,8 faiz çoxdur.
Büdcə gəlirlərinin əsas hissəsi vergi daxilolmaları hesabına formalaşıb. Vergi orqanları vasitəsilə 8 milyard 842,7 milyon manat, Dövlət Neft Fondundan 6 milyard 420 milyon manat transfert, gömrük orqanları vasitəsilə isə 3 milyard 143,6 milyon manat büdcəyə daxil olub.
Qeyri-neft-qaz sektorundan daxilolmalar artmaqda davam edib. Bu sahədən büdcəyə 10 milyard 981 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Qeyri-neft-qaz gəlirləri ümumi büdcə gəlirlərinin 57,3 faizini təşkil edib.İlk altı ayda dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat olub. Bunun 11 milyard 642,5 milyon manatı cari xərclərə, 4 milyard 188,2 milyon manatı əsaslı xərclərə, 944,8 milyon manatı isə dövlət borcuna xidmət üçün sərf edilib.
Sosialyönlü xərclər büdcə xərclərinin yarıdan çoxunu təşkil edib. Bu istiqamətə 8 milyard 787,1 milyon manat yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. Bu vəsait əməkhaqları, pensiyalar, sosial müavinətlər, dərman təminatı və icbari tibbi sığorta kimi sahələri əhatə edib.Funksional bölgüyə əsasən, ən çox vəsait müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılıb – 3 milyard 437,4 milyon manat. İqtisadi fəaliyyətə 2 milyard 578 milyon manat, təhsilə 2 milyard 400,1 milyon manat, sosial müdafiə və sosial təminata 2 milyard 359,8 milyon manat, ümumi dövlət xidmətlərinə isə 2 milyard 339,5 milyon manat xərclənib.İşğaldan azad olunan ərazilərin bərpasına gəlincə hesabat dövründə 1 milyard 64,1 milyon manat vəsait sərf olunub.

Teqlər:

bakıbüdcəneftpulqazvergiVergilər

Əvvəlki yazı

VALYUTA EHTİYATLARINDAN ƏLAVƏ GƏLİR ƏLDƏ OLUNACAQ MƏRKƏZİ BANK İLK DƏFƏ QİYMƏTLİ KAĞIZLARIN İCARƏSİNƏ BAŞLAYIB

Növbəti yazı

AZƏRBAYCANIN DÖVLƏT BORCU NƏ QƏDƏRDİR?SON GÖSTƏRİCİLƏR MƏLUM OLDU

Related Posts

Digər
ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI
Biznestv
By Biznestv
Digər
AZƏRBAYCAN YARIMİLDƏ 1 MİLYARD MANATA YAXIN BORC QAYTARIBDAXİLİ VƏ XARİCİ DÖVLƏT BORCUNA ÖDƏNİŞLƏR AÇIQLANDI
Biznestv
By Biznestv
İqtisadiyyat
QARABAĞDA YENİDƏNQURMAYA MİLYARDLIQ VƏSAİTPUL ƏN ÇOX HARA SƏRF OLUNDU?
Biznestv
By Biznestv
Digər
LƏĞV OLUNAN BANKLAR PULLARINI NİYƏ GERİ ALA BİLMİR?ƏSAS SƏBƏBLƏR AÇIQLANDI
Biznestv
By Biznestv
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
Protect your investments: payment security at TopLending’s top platforms
July 28, 2026
Online Casino Zonder Cruks Nederland: ontdek de nieuwste trends in bonussen en
July 28, 2026
Sensible Medical insurance Preparations
July 28, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV