AZƏRBAYCANIN DÖVLƏT BORCU NƏ QƏDƏRDİR?SON GÖSTƏRİCİLƏR MƏLUM OLDU
2026-cı il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Bu da proqnozlaşdırılan ÜDM-in 6 faizinə bərabərdir. Daxili dövlət borcu isə 15 milyard 982 milyon manat olub və ÜDM-in 12,2 faizini təşkil edib. Daxili dövlət borcu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,96% azalıb. İcmal büdcənin gəlirlərinə gəlincə 24 milyard 413,9 milyon manat, xərcləri isə 19 milyard 824,3 milyon manat olub. Nəticədə icmal büdcədə 4 milyard 589,6 milyon manat həcmində profisit yaranıb.

