3,5 MİLYON MANATLIQ İNVESTİSİYA
XANKƏNDİDƏ ƏLCƏK İSTEHSALINA START VERİLDİ
Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb, məhsullar sənaye və təsərrüfatda istifadə olunacaq. Müəssisədə istehsal ediləcək əlcəklər dörd növdə olmaqla müxtəlif təyinatlar üçün nəzərdə tutulub. Məhsullar, əsasən, daxili bazar üçün nəzərdə tutulub. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Yeni fəaliyyətə başlayan müəssisədə ilkin mərhələdə 35 nəfər işlə təmin olunacaq ki, bunlar da əsasən, doğma ocağına qayıdan keçmiş məcburi köçkünlər olacaq. Müəssisənin investisiya həcmi 3.5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.




