QİYMƏTİ 7,8 MİLYONDAN 5,9 MİLYONA DÜŞÜB
HƏRRACA ÇIXARILAN HOTELİ BİR İLDİR ALAN YOXDUR
İsmayıllının Tircan kəndində yerləşən “Zəngəzur Harmony” hoteli yenidən hərraca çıxarılıb.Yeni avaz.com xəbər verir ki, hotel ilk dəfə 2025-ci ilin aprel ayında icra məmurlarının sifarişi əsasında hərraca çıxarılıb. Hotelin tərkibindəki 5 bina ayrı-ayrılıqda satışa təqdim olunub. Bu dəfə obyektlərin minimum satış qiyməti aşağı salınıb. Belə ki, ümumi bazar dəyəri 9,2 milyon manat olan tikililərin minimum satış qiyməti 7,8 milyon manatdan 5,9 milyon manata endirilib.
Hərrac 5 iyun 2026-cı il tarixində keçiriləcək. İştirak etmək istəyənlər hər obyekt üzrə təxminən 28-30 min manat beh ödəməlidirlər.Qeyd edək ki, bu obyektlərin satışı ilə bağlı son hərrac 15 yanvar 2026-cı ildə keçirilsə də, iştirakçı olmadığı üçün baş tutmayıb.




