39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
NAR BAĞLARI SALINACAQ, MEBEL İSTEHSALI VƏ YENİ LAYİHƏLƏR BAŞLAYACAQ
Qarabağa investisiya qoymaq üçün 39 ölkədən müraciət daxil olub.BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.Onun sözlərinə görə,ən çox maraq göstərən ölkələr Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadır. Bu, Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu göstərir.Hazırda bölgədə xarici investorların iştirakı ilə kənd təsərrüfatı, sənaye və xidmət sahələrində müxtəlif layihələr həyata keçirilir. Layihələr arasında nar bağlarının salınması, mebel istehsalı, sement anbarı, “Kamaz” xidmət mərkəzi və quşçuluq təsərrüfatının yaradılması var.Qeyd olunub ki, bu layihələr yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və bölgənin iqtisadi canlanmasına kömək edir.




