45 NÖMRƏLİ AVTOBUS YENİLƏNİB
MARŞRUTUN SON DAYANACAĞI
DƏYİŞDİRİLDİ
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 45 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənib.
Buə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, 7 ədəd müasir avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqamətində dəyişdirilərək son dayanacaq məntəqəsi metronun “Nəsimi” stansiyası təyin olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.




