DAŞKƏNDDƏ ENERJİ SAZİŞİ İMZALANDI
SOCAR 20 FAİZLİK PAYINI BP-YƏ SATDI
Daşkənddə keçirilən “Özbəkistanın nefti və qazı SOGU-2026” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.Marja.az xəbər verir ki,Sənədləri SOCAR prezidenti Rövşən Nəcəf, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və digər rəsmilər imzalayıblar.Razılaşmaya əsasən, bp layihədə 40 faiz pay əldə edib. Bunun 20 faizi SOCAR-dan, digər 20 faizi isə Uzbekneftegaz-dan alınıb.
Yeni bölgüyə görə layihədə
SOCAR – 30 ,Uzbekneftegaz – 30 ,bp – 40 faiz paya sahib olacaq.Hazırda layihə ilkin mərhələdədir. SOCAR operator kimi ərazidə seysmik tədqiqat işləri aparır.




