TÜRKİYƏDƏ İLLİK İNFLYASİYA AÇIQLANDI
TÜRKİYƏDƏ İLLİK İNFLYASİYA AÇIQLANDI
DEKABR AYINDA 30,9% DÜŞDÜ
Türkiyədə illik inflyasiya dekabr ayında 30,9%-ə düşüb və ardıcıl üçüncü ay da yavaşlayıb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki,iqtisadçıların proqnozu 31% idi. Aylıq inflyasiya isə 0,9% səviyyəsində qalıb.Dekabr ayında geyim və nəqliyyat qiymətləri ucuzlaşdığı üçün inflyasiyaya müsbət təsir edib. Amma ərzaq qiymətləri 2% artaraq ümumi inflyasiyaya təzyiq göstərib. Ərzaq və enerji qiymətləri çıxıldıqda isə baza inflyasiya 31,1%-ə düşüb ki, bu son 4 ilin ən aşağı göstəricisidir. İqtisadçılar yanvarda inflyasiyanın daha da azalacağını gözləyir. Bunun səbəbi hökumətin vergi artımlarını yumşaldması və minimum əməkhaqqının 27% artırılmasıdır.




