ÖLKƏDƏ PUL BAZASI 24 MİLYARD MANATI ÖTÜB
ÖLKƏDƏ PUL BAZASI 24 MİLYARD MANATI ÖTÜB
MƏRKƏZİ BANKIN VALYUTA EHTİYATLARI 12,7 MİLYARD DOLLARA ÇATIB
2026-cı ilin mayın 26-sı tarixinə Azərbaycanda pul bazası 24 milyard 105.6 milyon manata bərabər olub.FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, son bir ayda pul bazası 3,4% artıb.İllik müqayisədə isə pul bazası 16,8% artıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 12 milyard 712.4 milyon dollara çatıb.Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 0,2%, son bir ildə isə 14,6% artıb.




