MALİYYƏ DƏYƏRİ 8 MİLYARD DOLLARA YAXINDIR
MALİYYƏ DƏYƏRİ 8 MİLYARD DOLLARA YAXINDIR
BAKI ENERJİ HƏFTƏSİNDƏ BİR NEÇƏ MÜQAVİLƏ İMZALANIB
Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə bir sıra mühüm saziş və memorandumlar imzalanıb. İqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən müqavilələrin ümumi maliyyə dəyəri 7,5 milyard dollardır. Qeyd edək ki, imzalanan bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir.




