SOCAR PREZİDENTİNDƏN AÇIQLAMA
AZƏRBAYCANDA SÜNİ İNTELLEKT VƏ DATA MƏRKƏZİ YARADILACAQ
Azərbaycan Dövlət Neft Şirkətinin Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq.
Bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunan “Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı paneldə bildirib. Onun sözlərinə görə, bu yaxınlarda imzalanan müqavilələrdən biri Azərbaycanda data mərkəzi və süni intellekt mərkəzinin yaradılmasını nəzərdə tutur. Şirkətin fəaliyyəti artıq yalnız Azərbaycanla məhdudlaşmır və müxtəlif ölkələrdə həyata keçirilən investisiyalar hesabına qlobal iştirakını genişləndirir. Transformasiya prosesi şirkətin insan kapitalının strukturunda da özünü göstərir. Belə ki, son illərdə SOCAR-da çalışan xarici mütəxəssislərin sayı artıb, müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərdə və rəhbər vəzifələrdə beynəlxalq təcrübəyə malik mütəxəssislər daha geniş təmsil olunmağa başlayıb.




