VOLVO ÜÇÜN ƏN PİS TİCARƏT GÜNÜ
AVTOMOBİL İSTEHSALÇISININ SƏHMLƏRİ 25% UCUZLAŞDI
İsveçin avtomobil istehsalçısı Volvo Cars, 2025-ci ilin dördüncü rübünə dair maliyyə nəticələrini açıqladıqdan sonra birjada kəskin satışlarla qarşılaşıb. Şirkətin səhmləri cümə axşamı 25 faizdən çox dəyər itirib. Bu ucuzlaşma Volvo səhmləri baxımından ən pis ticarət günlərindən biri kimi qeydə alınıb. Marja xəbər verir ki,şirkət bu geriləməyə gömrük rüsumlarının, valyuta məzənnələrindəki mənfi tendensiyanın və qlobal tələbin zəifləməsinin səbəb olduğunu açıqlayıb.Qeyd edək ki, Çinin “Geely Holding” şirkətinin tərkibində fəaliyyət göstərən Volvo, xüsusilə ABŞ və Avropa bazarlarında tətbiq olunan ticarət rüsumlarından mənfi təsir görüb. ABŞ ilə Avropa İttifaqı arasında ötən il imzalanan ticarət çərçivəsi ABŞ-ın bir çox Avropa İttifaqı mənşəli məhsula 15 faiz gömrük vergisi tətbiq etməsinə imkan yaradıb. Bu göstərici əvvəllər müzakirə olunan 30 faiz səviyyəsindən aşağı qalsa da, avtomobil sənayesi üçün əlavə xərc yaradıb.




