ORTA AYLIQ ƏMƏKHAQQI 1100 MANATI KEÇDİ
ORTA AYLIQ ƏMƏKHAQQI 1100 MANATI KEÇDİ
ƏN ÇOX İŞÇİ TİCARƏT, TƏHSİL VƏ SƏNAYE SAHƏLƏRİNDƏ ÇALIŞIR
2025-ci ilin ilkin məlumatlarına görə, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 9,3% artaraq 1102,9 manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ən yüksək maaşlar mədənçıxarma sənayesi, maliyyə və sığorta, informasiya və rabitə, elmi-texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.2026-cı il yanvarın 1-nə ölkə üzrə muzdla çalışanların sayı 1 milyon 808 min nəfər olub. Onların 865,8 mini dövlət, 942,2 mini isə özəl sektorda çalışır. Ən çox işçi ticarət, təhsil, sənaye, səhiyyə və sosial xidmətlər, eləcə də tikinti sahələrində çalışır. Digər sahələrdə isə məşğul olanların payı nisbətən azdır.




