TÜRKİYƏ VƏ GÜRCÜSTANDA İFTAR SÜFRƏLƏRİ
DÖVLƏT FONDU 364 MİN MANATA YAXIN VƏSAİT AYIRDI
Türkiyə və Gürcüstanda ümumi dəyəri 364 min manatdan çox olan iftar süfrələri təşkil ediləcək. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu ilə “The Event Company” MMC arasında satınalma müqaviləsi imzalanıb. Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.Müqavilənin şərtlərinə görə, “The Event Company” MMC Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında Ramazan bayramı ilə əlaqədar Türkiyə və Gürcüstanda iftar süfrələri təşkil edəcək və qarşılığında 363 min 646 manat 80 qəpik alacaq. Məlumat üçün bildirək ki, ötən il baş tutan analoji satınalma üzrə Fond “Laguna Group” MMC ilə müqavilə imzalamışdı. Ötənilki müqavilənin dəyəri 198 min 948 manat olub. Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “The Event Company” MMC-nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 9 min manatdan çox vergi borcu mövcuddur.




