KEÇMİŞ İCRA BAŞÇISININ LÜKS SAUNA QALMAQALI
USTA VƏ FƏHLƏLƏR 53 MİN MANATINI TƏLƏB EDİR
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb. Bu iddia ilə Manşet.az-a bir qrup usta və fəhlə müraciət edib. Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, zəhmətləri qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər. Rauf Həbibov sayta açıqlamasında belə bir problemin olduğunu etiraf edib. Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam-deyə keçmiş icra başçısı deyib. Qeyd edək ki, 2007-ci ildən icra başçısı olan Rauf Həbibov 2012-ci ildə Qubada baş verən kütləvi etiraz aksiyası və qarşıdurmadan sonra vəzifəsindən azad edilib.




