ƏMƏKHAQQI İLƏ BAĞLI MÜHÜM DƏYİŞİKLİK
QADINLARLA KİŞİLƏRİN MAAŞI EYNİ OLACAQ
İşəgötürənlər cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq. Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qeyd olunur ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabərdəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.




