ARTEMİS II AYIN YERDƏN GÖRÜNMƏYƏN TƏRƏFİNİ ÇƏKDİ
ARTEMİS II AYIN YERDƏN GÖRÜNMƏYƏN TƏRƏFİNİ ÇƏKDİ
YER KÜRƏSİNDƏN ƏN UZAQ MƏSAFƏYƏ UÇARAQ REKORD QIRDILAR
Orion kosmik gəmisi ilə həyata keçirilən Artemis II missiyası kosmos tarixində yeni səhifə açıb. Ekipaj Ayın cazibə zonasına daxil olmaqla yanaşı, Yer kürəsindən indiyədək insanın çatdığı ən uzaq məsafəyə uçaraq rekord qırıb. Bu uçuşla astronavtlar 1970-ci ildəki Apollo 13 missiyasının rekordunu geridə qoyaraq Yer kürəsindən 406 min kilometrdən çox uzaqlaşıblar.
Missiyanın ən maraqlı məqamlarından biri isə Ayın Yerdən görünməyən tərəfinin görüntülənməsi olub.Üstəlik, bu tarixi anlar canlı yayımla dünyaya təqdim olunur. “Orion” gəmisinin günəş panellərinə quraşdırılmış kameralar vasitəsilə izləyicilər kosmosdan gələn görüntüləri real vaxtda izləyə bilirlər.
Qeyd edək ki, “Artemis II” missiyası aprelin 2-də ABŞ-nin Kanaveral burnundan start götürüb və missiya 10 gün davam edəcək.Uçuş sərbəst qayıdış trayektoriyası üzrə həyata keçirilir və bu mərhələdə Ay səthinə eniş nəzərdə tutulmur. https://oxu.az/dunya/nasa-nin-ay-missiyasinda-rekord-ekipaj-yer-kuresinden-en-uzaq-mesafeye-cixdi




