YENİ İŞ YERLƏRİ YARADILACAQ
BEYNƏLXALQ RESTORAN ŞƏBƏKƏSİ AZƏRBAYCANDA FƏALİYYƏTƏ BAŞLAYACAQ
Beynəlxalq restoran şəbəkəsi “Subway” Azərbaycana gəlir. Şirkət rəsmi olaraq bildirib ki, ölkədə fəaliyyət üçün “N Sky Build” MMC ilə müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, həmin şirkət “Subway” brendini Azərbaycanda idarə etmək və genişləndirmək hüququnu əldə edib.Bu o deməkdir ki, yaxın vaxtlarda ölkədə “Subway” restoranları açılacaq və yeni iş yerləri yaradılacaq. “N Sky Build”in sədri Nuri Qaragöz bildirib ki, bu layihə uzunmüddətlidir və məqsəd həm müasir xidmət standartlarını tətbiq etmək, həm də qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.Qeyd edək ki, “Subway” dünyada 37 mindən çox restorana sahibdir və sendviçlərin hazırlanması üzrə ixtisaslaşmış ən böyük beynəlxalq restoran şəbəkələrindən biridir.




