Mars Agro Plant
Mars Agro Plant Azərbaycanda müasir meyvə bağlarının salınması və yüksək keyfiyyətli ting istehsalı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkət üzüm, şaftalı, nektarin, albalı və digər meyvə növləri üzrə müasir sortların istehsalı və bağ layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Şamaxı Üzüm Tingçilik Mərkəzində həyata keçirilən istehsal fəaliyyəti çərçivəsində Mars Agro Plant illik yüz minlərlə ting istehsal etmək imkanına malikdir. Şirkət eyni zamanda Grapa və PSB Producción Vegetal kimi beynəlxalq seleksiya şirkətləri ilə əməkdaşlıq edərək yeni və yüksək məhsuldar sortların Azərbaycanda istehsalı və yayılmasına töhfə verir.
Mars Agro Plant müasir aqrotexnologiyaların tətbiqini genişləndirməyi və Azərbaycanda dayanıqlı meyvəçilik investisiyalarının inkişafını dəstəkləməyi əsas hədəf kimi müəyyən etmişdir.




