ABŞ DƏNİZ BLOKADASINA BAŞLAYIR
“İRAN YENİDƏN DANIŞIQLAR MASASINA QAYIDACAQ”
ABŞ İrana qarşı dəniz blokadasına başlayır. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, blokada İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə şamil edilir. İranla əlaqəsi olmayan gəmilərin isə hərəkəti sərbəstdir. Bu arada ABŞ Prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində bildirib ki, sözü gedən blokada, əvvəllər Venesuelaya qarşı görülən tədbirlərə bənzəyəcək, lakin daha geniş miqyasda olacaq. Donald Tramp İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında keçirilən danışıqlara da toxunub. Bildirib ki, bütün tələblərin 90- 95% yox, hamısının yerinə yetirilməsini istəyir və iranlıların əlində heç bir təsir vasitəsi yoxdur. İran yenidən danışıqlar masasına qayıdacaq və ABŞ-nin bütün tələblərini qəbul edəcək deyə ABŞ Prezidenti bildirib.




