MÜSƏLMAN MERDƏN SOSİAL LAYİHƏ
5 HİPERMARKET PULSUZ FƏALİYYƏT GÖSTƏRƏCƏK
Nyu-York şəhərinin meri Zöhran Mamdani şəhərdə sosial dəstək məqsədilə yeni layihənin həyata keçiriləcəyini açıqlayıb. Layihəyə əsasən, şəhərin beş rayonunun hər birində tamamilə pulsuz fəaliyyət göstərəcək hipermarketlər açılacaq. Yeni mağazalar vasitəsilə sakinlər gündəlik ehtiyac məhsullarını heç bir ödəniş etmədən əldə edə biləcəklər. Layihənin əsas məqsədinin aztəminatlı ailələrə dəstək göstərmək, ərzaq təminatını gücləndirmək və sosial bərabərliyi artırmaq olduğu bildirilir.




