MƏŞHUR AKTYORLARIN MASKASINI TAXARAQ BANKI SOYDULAR
İŞÇİ VƏ MÜŞTƏRİLƏRİ GİROV GÖTÜRƏN SİLAHLILAR KANALİZASİYADAN QAÇIBLAR
İtaliyanın Neapol şəhərində günorta saatlarında baş verən soyğunçuluq hadisəsi şəhərdə böyük səs-küyə səbəb olub. Üç silahlı şəxs bank filialına daxil olaraq işçiləri və müştəriləri girov götürüb və təxminən 2 saat ərzində onları nəzarətdə saxlayıb.Məlumata görə, hücum zamanı zorakılıq tətbiq edilməyib, lakin bütün şəxslər bir otağa kilidlənərək sistemli şəkildə idarə olunub. Diqqətçəkən məqam isə soyğunçuların məşhur aktyorların üzlərini əks etdirən maskalardan istifadə etməsi olub.Şübhəlilərin əvvəlcədən hazırlanan keçid vasitəsilə kanalizasiya sisteminə daxil olaraq ərazidən qaçdıqları bildirilir




