1381 AT GÜCÜNDƏ YENİ ÇİN AVTOMOBİLİ
YENİ MODELİN QİYMƏTİ MÜƏYYƏN OLUNUB
Çində yeni təqdim olunan SUV modeli qısa müddətdə böyük maraq doğurub. Belə ki, “Zeekr” şirkətinin yeni modeli – Zeekr 8X, təqdimatından cəmi 30 dəqiqə sonra 10 min sifariş toplayıb. Bu uğur şirkəti modelin xarici bazarlara çıxışını sürətləndirməyə sövq edib. Avtomobilin 2026-cı ilin üçüncü rübünə qədər beynəlxalq bazarlarda satışına başlanması planlaşdırılır.
Şirkətin açıqlamasına görə, sifarişlərin 95 faizdən çoxu “Ultra” və daha yüksək təchizatlı versiyaların payına düşür. Orta satış qiyməti isə 58 min dolları ötür. Eyni zamanda, performans yönümlü “Yaoying” versiyası ilkin sifarişlərin təxminən 30 faizini təşkil edir.
Modelin rəsmi qiyməti 52 min ilə 62 min dollar arasında dəyişsə də, təqdimat günü xüsusi olaraq başlanğıc qiyməti təxminən 48 min dollar elan edilib. Texniki göstəricilərə gəlincə, Zeekr 8X 2 litrlik turbo mühərrik və üç elektrik mühərrikinin kombinasiyası ilə təchiz olunub. 1381 at gücünə çatan Avtomobil elektrik rejimində 328 kilometrə qədər məsafə qət edə bilir.
https://www.donanimhaber.com/1381-beygirlik-cinli-suv-a-buyuk-ilgi-30-dakikada-10-bin-siparis–204666




