DÖVLƏT NEFT FONDU 73 MİLYARD DOLLARI HARDA SAXLAYIR?
FONDUNUN PORTFELİNDƏ ƏN BÖYÜK ARTIM QIZILDA OLUB
2026-cı ilin aprel ayının əvvəlində Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin həcmi 73 milyard 515 milyon dollar olub. Yeniavaz.com xəbər verir ki, bu vəsaitin təxminən 19 milyard dolları Avropa ölkələrində saxlanılır.Qeyd edək ki, son bir il ərzində Avropada saxlanılan vəsaitlərin payı azalsa da, məbləğ olaraq artıb. Şimali Amerikada saxlanılan vəsaitlərin də payı eyni dövrdə bir qədər artıb. Ən çox artım isə Azərbaycanda saxlanılan qızıl ehtiyatlarında qeydə alınıb. Hazırda Fondun 26 milyard dollardan çox vəsaiti qızılda saxlanılır ki, bu da ümumi portfelin 35,6 faizini təşkil edir. Bundan başqa, vəsaitlərin bir hissəsi Asiya, Yaxın Şərq, Avstraliya, Yeni Zelandiya, Latın Amerikası və beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilib.




