2,3 MİLYARDLIQ “UZUM” LAYİHƏSİ
ÖZBƏKİSTANDA QURULAN STARTAPIN 17 MİLYONDAN ÇOX İSTİFADƏÇİSİ VAR
2022-ci ildə Özbəkistanda qurulan “Uzum market” adlı elektron ticarət platforması qısa zamanda böyük uğur qazanıb. Belə ki, startapın dəyəri 2,3 milyard dollara yüksəlib. Qısa müddətdə uğur qazanan şirkət debet kartı ilə fintex sahəsinə daxil olub. Bununla yanaşı sürətli yemək çatdırılmasına başlayaraq “Uzum Tezkor”u istifadəyə verib.
Hazırda “Uzum”un aylıq 17 milyondan çox aktiv istifadəçisi var. Ölkənin əhalisinin yarısı, smartfon istifadəçilərinin üçdə ikisi Uzum istifadə edir. Platformada 16 minə yaxın satıcı var. Təkcə 2025-ci ilin ilk yarısında şirkətin ümumi ticarət dövriyyəsi 250 milyon dollar olub. Şirkət gündə 200 mindən çox sifariş emal edir. Ölkə üzrə 1500-dən çox təhvil məntəqəsi və 12 min işçisi var.




