“UÇAN KURYER”
SİFARİŞİ PARAŞÜTLƏ ÇATDIRDI
Türkiyənin Mersin şəhərində maraqlı hadisə baş verib. Kuryer sifarişi adi qaydada aparmaq əvəzinə fərqli yol seçib. O, yeməyi paraşüt meydançasına gətirib və ünvanın eniş sahəsi olduğunu öyrənəndən sonra havaya qalxıb. Kuryer sifarişi paraşütlə “uçaraq” ünvana çatdırıb və müştəriyə təhvil verib. Bu qeyri-adi anlar sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub.
İstifadəçilər onu zarafatla “uçan kuryer” adlandırıb.




