MƏSCİD YAXINLIĞINDA 2 YAŞLI UŞAQ TAPILIB
AZYAŞLI SIĞINACAĞA YERLƏŞDİRİLİB
Bakıda itkin düşmüş körpə tapılıb. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. O bildirib ki, körpənin təxminən 2 yaşı var. Azyaşlı Goradil qəbirstanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb və sığınacağa gətirilib. Polis uşağın valideynlərini tapıb və aidiyyəti dövlət qurumları ilə birgə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.




