BAKIDAN DUBAYA REYSLƏR BƏRPA OLUNDU
UÇUŞLAR HƏR GÜN HƏYATA KEÇİRİLƏCƏK
Azərbaycan Hava Yolları Bakı–Dubay istiqamətində uçuşları bərpa edib. Bu barədə şirkət sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirilib ki, reyslər 15 maydan etibarən yenidən həyata keçirilir və uçuşlar həftənin bütün günləri yerinə yetiriləcək. Bununla da sərnişinlər Dubay şəhərinə müntəzəm aviareyslərlə səyahət edə biləcəklər. Qeyd edək ki, Bakı–Dubay marşrutu üzrə uçuşların bərpası sərnişinlər üçün həm turizm, həm də biznes səfərləri baxımından əlavə imkanlar yaradır.




