NOKİA 1100 250 MİLYON SATIŞLA REKORD QIRDI
NOKİA 1100 250 MİLYON SATIŞLA REKORD QIRDI
ƏN ÇOX SATILAN 3 MOBİL TELEFONUN ADI MƏLUM OLDU
Finlandiyanın əfsanəvi “Nokia 1100” düyməli telefonu tarixdə ən çox satılan mobil cihaz seçilib.Oxu.Az xəbər verir ki, 2003-cü ildə satışa çıxarılan bu model 250 milyon nüsxə ilə satılaraq “Apple” və “Samsung” kimi nəhənglərin smartfonlarını geridə qoymağı bacarıb.
Ən populyar mobil cihazların reytinqində ikinci yeri 2005-ci ildə təqdim edilən “Nokia 1110” telefonu tutur. Onun satış həcmi 248 milyon ədəd təşkil edib. Siyahıda üçüncü yerdə isə ümumi satışı 224 milyon ədədə çatan “iPhone 6” və “iPhone 6 Plus” smartfonları qərarlaşıb.




