ƏHALİ AYDA ORTA HESABLA 489 MANAT XƏRCLƏYİB
PƏRAKƏNDƏ BAZARDA XƏRCLƏRİN YARISINDAN ÇOXU ƏRZAĞA GEDİR
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar ümumilikdə 20,1 milyard manatlıq alış-veriş ediblər.Dövlət Statistika Komitəsinin məlumatına görə bunun 11,2 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 8,9 milyard manatı isə qeyri-ərzaq mallarına sərf olunub.Xərclərin bölgüsünə görə yarısından çoxu ərzaq məhsullarına gedib.Qalanı isə içkilər və tütün,geyim və ayaqqabı,yanacaq,məişət texnikası və mebellər,dərman və tibbi məhsullar o cümlədən kompüter və rabitə avadanlıqlarına sərf olunub.
Orta hesabla hər bir şəxs ayda təxminən 489,5 manat xərcləyib ki,bunun da 272 manat ərzağa ,217,5 manat qeyri-ərzaq mallarına aid olub.




