AZƏRBAYCANDA KƏRƏ YAĞI BAHALAŞIR
YERLİ İSTEHSAL NİYƏ ZƏİFLƏYİB?
2026-cı ilin ilk 4 ayında Azərbaycanda kərə yağı istehsalı azalıb. Banker.az xəbər verir ki,bu dövrdə ölkədə 7 946 ton kərə yağı istehsal olunub. Bu, 2025-ci illə müqayisədə 8.6% azdır. Son illərdə ilk dəfədir ki, ölkəyə gətirilən kərə yağının miqdarı daxildə istehsal ediləndən çox olub.Azalmanın əsas səbəblərindən biri inəklərin sayının azalmasıdır. Hazırda ölkədə təxminən 1 milyon 210 min baş inək var. Süd istehsalında da azalma müşahidə edilir.Daxili istehsal zəiflədiyi üçün Azərbaycan daha çox xaricdən kərə yağı almağa başlayıb. 2026-cı ilin ilk 4 ayında ölkəyə 9 077 ton kərə yağı idxal edilib. Ən çox məhsul İran, Belarus və Ukraynadan gətirilib.Bu ölkələrdən daha ucuz məhsul alındığı üçün idxalın həcmi artsa da, ümumi xərc əvvəlki qədər yüksəlməyib.
Bununla yanaşı, mağazalarda kərə yağının qiyməti artmağa davam edir. Son bir ildə 1 kiloqram kərə yağının orta qiyməti 23.59 manatdan 24.88 manata yüksəlib.




