BAKI–TBİLİSİ QATARINA 1000-DƏN ÇOX BİLET SATILIB
ADY KASSALARDA LƏNGİMƏ OLDUĞUNU AÇIQLADI
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.Qeyd olunub ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.Məlumat üçün bildirək ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.




