AZƏRBAYCANDA KÖNÜLLÜ SIĞORTA ÜZRƏ ÖDƏNİŞLƏR ARTIB
TOPLANAN HƏR 100 MANATIN 49 MANATI ÖDƏNİŞ EDİLİB
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 518 milyon manat sığorta haqqı toplanıb. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur. Bu dövrdə könüllü sığorta üzrə ödənişlər isə 250,6 milyon manat olub və illik müqayisədə 34 % artıb. Beləliklə, könüllü sığorta bazarında toplanan hər 100 manatın 48,4 manatı ödəniş kimi geri qaytarılıb. 2025-ci ildə bu göstərici 41,4 manat idi. Ümumilikdə isə ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti 610,2 milyon manat sığorta haqqı toplayıb. Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 304,3 milyon manat təşkil edib və 31,6 % artıb. 2026-cı ilin ilk 4 ayında sığorta bazarında toplanan hər 100 manatın 49,9 manatı ödəniş edilib. 2025-cı ilin eyni dövründə bu göstərici 39,3 manat olmuşdu.




