ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ PULSUZ MƏNZİLLƏR VERİLƏCƏK
SATINALMAYA İLKİN XƏRCLƏNƏCƏK MƏBLƏĞ 5 MİLYON MANATDAN ÇOXDUR
Azərbaycanda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər veriləcək.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlara start verilib.
Belə ki, Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı, Salyan rayonunda 9 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satınalınması nəzərdə tutulur.Belə ki, sözügedən satınalmaya xərclənəcək ilkin ehtimal olunan məbləğ 5 milyon 464 min 800 manatdır.




