ABŞ-DƏN SƏRT QƏRAR
VAŞİNQTON VARLI DÖVLƏTLƏRİN MÜDAFİƏSİNƏ PUL XƏRCLƏMƏYƏCƏK
“ABŞ bundan sonra varlı dövlətlərin müdafiə xərclərini öz üzərinə götürməyəcək”.Bunu ABŞ hərb naziri Pit Heqset Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda çıxış edərkən bildirib.”ABŞ-nin zəngin ölkələrin müdafiəsini subsidiyalaşdırdığı dövr artıq geridə qalıb. Bizə himayə altındakı dövlətlər deyil, tərəfdaşlar lazımdır. Bizə asılılığa yox, ortaq məsuliyyətə əsaslanan ittifaqlar lazımdır”, – deyə Pentaqon rəhbəri vurğulayıb.Onun sözlərinə görə, belə yanaşma ittifaqlar üçün möhkəm təməl yaradır, onların keçən əsrin deyil, bu əsrin çağırışlarına hazır olmasını təmin edir.




