BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR DİNDİRİLİR
“AVTOMOBİL YOLLARININ MÜHAFİZƏ XİDMƏTİ”NDƏ KORRUPSİYA ARAŞDIRMASI BAŞLADI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndə korrupsiya halları ilə bağlı araşdırma başlayıb.
“Qafqazinfo” xəbər verir ki, söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir.
Qanun pozuntusu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsinə müraciət edilib və bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir.
Qeyd edək ki, yeni AAYDA sədri Vüsal Nəsirlinin Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi işləyib.




