İRAN BÖHRANININ FONUNDA ABŞ-NİN MİLLİ BORCU ARTIB
DÖVLƏT BORCU ÜÇ AYDA 406 MİLYARD DOLLAR ÇOXALIB
İrana qarşı hərbi əməliyyatların başlamasından və İranın dəniz blokadasından sonrakı üç ay ərzində ABŞ-nin milli borcu 406,5 milyard dollardan çox artıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayının 28-də ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. Vaşinqton və Tehran aprel ayının 8-də atəşkəs elan ediblər. Əməliyyatın başlamasına bir gün qalmış – fevralın 27-də ABŞ Maliyyə Nazirliyi dövlət borclarının ümumi məbləğinin 38 trilyon 769 milyard dollardan çox olduğunu açıqlayıb.Maliyyə Nazirliyinin mayın 30-da açıqladığı məlumatlara görə isə bu məbləğ 39 trilyon 176 milyard dollar ötüb.




